Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir

19 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr 2016-cı ilin yanvar-sentyabr aylarında Göyçay rayonunda sosial-iqtisadi sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə məlumat verib ki, hesabat dövründə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 187,7 milyon manat olub.Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. İstehsal edilmiş sənaye məhsulunun 83,4  faizi qeyri dövlət sektorunun  payına düşüb.Sözü gedən dövr ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 19,1 milyon manat investisiya yönəldilib.İnvestisiyaların 80,5 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunub.Cari ilin 9 ayı ərzində quruculuq abadlıq işləri də aparılıb,971 yeni iş yeri açılıb.28 ədəd çox mənzilli binada əsaslı təmir aparılıb.Heydər Əliyev prospektində,yaşayış məhəllələrində və 10-a yaxın küçədə müasir işıqlandırma sistemi quraşdırılıb,yüksək keyfiyyətli asvalt örtüyü döşənib.Göyçayın Ağdaş və Ağsu istiqamətlərindən giriş hissələri xüsusi layihə əsasında yenidən qurulub.2500 nəfər tamaşaçı tutumu olan mərkəzi stadion müasir tələblər səviyyəsində əsaslı təmir edilib.Qaraməryəm kəndində yol dairəsi, bayraq meydanı abadlaşdırılıb. Çərəkə və Qaraman yaşayış məntəqələrində Qarabağ əlilləri üçün 2 fərdi mənzil tikilib. Mallı-Şıxlı kənd tam orta məktəbi yenidənqurulub.13 kənd qazlaşdırılıb. Rayonda taxılçılıq da inkişaf edib. Belə ki, sahələrdən 37,1 min ton taxıl yığılıb.Hər hektarda məhsuldarlıq 26,7 sentnerə çatdırılıb.Bundan əlavə,548 ton qarğıdalı,1871 ton kartof,23109 ton meyvə tədarük edilib.Uzun fasilədən sonra fermerlər 200 hektarda pambıq əkiblər.Havaların əlverişsiz keçməsinə baxmayaraq, hələlik 85 ton ağ qızıl toplanıb.Kümdarlar ilk dəfə 1139  kiloqram barama yetişdirərək təhvil veriblər.Kənd əməkçiləri 2017-ci ilin məhsulu üçün 6077 hektarda şum qaldırıblar.445 hektar sahədə dən üçün payızlıq bitkilərin əkini aparılıb.
Hesabat yığıncağında bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub. Qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Keçidlər