Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhər stadionu əsaslı təmirdən sonra idmançıların istifadəsinə verilib.

23 sentyabr 2016 | 16:00

Göyçay şəhər stadionunun əsaslı təmirdən sonra açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, veteran və gənc idmançılar iştirak ediblər.
Açılış mərasimində Göyçay şəhər stadionunda aparılan əsaslı təmir işləri  haqqında məlumat verilmiş və bildirilmişdir ki, şəhər stadionunun ümumi ərazisi 6 hektardır. Stadionda 2500 yerlik öturacaqlar yenilənib, 10000 kv.m. sahəyə asfalt örtüyü vurulub, 220 p/m bardürlar düzülüb, 450 kv.m. yeni hasar çəkilib, 560 kv.m. suvaq, 1900 kv.m. ağartma işləri görülüb, 150 kv.m. sahəyə ağlay və üzlük daşları vurulmuş, 380 kv.m. sahəyə çəmən əkilmişdir. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəz olunmuş və stadionda monitor quraşdırılmışdır.
Veteran idmançılardan İntizam Həsənov çıxış edərək Göyçayın idman ənənələrinin olduğunu diqqətə çatdırmaqla gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü bildirib. O, qeyd etdi ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol bölmələrinə qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır, istifadəyə verilən stadion rayonumuzda futbolun inkişafına təkan verəcəkdir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı nəticəsində idman sahəsində də sürətli inkişaf baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulamışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə güclənir, müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız qitə, dünya çempionatlarında, Olimpiya Oyunlarında çox böyük nəticələr əldə edir və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə veteran idmançıların bir qrupuna qiymətli hədiyyələr vermişdir.
Sonda isə mərasim iştirakçıları yerli idmançılardan ibarət futbol komandalarının oyununu izləmişlər.

Keçidlər