Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın daha iki kəndinə təbii qaz verilib

19 avqust 2016 | 16:00

Uzun fasilədən sonra Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə - Yalman və Mırtı kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə kənd sakinlərini təbrik edib, Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sırf sosial xarakter daşıdığını, dövlət başçısının tapşırığına əsasən 2018-ci ilədək respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının qarşıya əsas vəzifə kimi qoyulduğunu qeyd edib.
Tədbirdə Ağsu Regional Qaz İstismar idarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək bildirib ki, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 kilometrdən çox uzunluğu olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd edilib ki, Göyçay rayonunun daha 8 yaşayış məntəqəsinin – Çaxırlı, Ləkçiplaq, Şəkər, Bəydövül, Çərəkə, Qaraman, Çərəcə və Yeniarx kəndlərinin qazlaşdırılması işləri görülür.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini və ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar

Keçidlər