Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın Alıkənd və Qaraxıdır kəndlərinə təbii qaz verilib

28 iyul 2016 | 16:00

Iyul ayının 28-də Alıkənd və Qaraxıdır kəndlərinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərini bu münasibətlə təbrik edib, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, əsası Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sırf sosial xarakter daşıdığını, dövlət başçısının tapşırığına əsasən 2018-ci ilədək respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının qarşıya əsas vəzifə kimi qoyulduğunu qeyd edib.
Tədbirdə Ağsu Regional Qaz İstismar idarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək bildirib ki, Qaraxıdır kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 824 metr polietilen və 29720 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 337 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Həmçinin Alıkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 958 metr polietilen və 11480 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini və ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.

Keçidlər