Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda sel sularının dağıtdığı körpülər və yollar bərpa edilib

22 iyul 2016 | 16:00

İyun ayının 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları nəticəsində Göyçay rayonunun Qaraməryəm və Aşağı Qaraməryəm kəndlərinə dəymiş ziyanın aradan qaldırılması, infrasturukturun bərpası üçün tədbirlər görülüb.
Təbii fəlakət zamanı yaşayış məntəqələrindən keçən Dəvəbatan çayı üzərindəki dağılmış körpü əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Körpünün açılış mərasimində çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, güclü selin vurduğu ziyanın aradan qaldırılması məqsədilə əməli tədbirlər görülüb. Kəndlərdə iki avtomobil körpüsü yenidən tikilib, sel sularının yararsız hala saldığı elekrtik dirəkləri, qırılan naqillər dəyişdirilib. Yaşayış məntəqələrinin sağ və sol hissələrini birləşdirən, yeni istifadəyə verilən avtomobil körpüsünün uzunluğu 12 metr, eni 6 metrdir. Həmçinin, sel zamanı sıradan çıxmış yeraltı su keçid borularının əvəzinə 7 ədəd dəmir boru salınıb, dağılan kəndarası yollar bərpa edilib. Su arxının lildən təmizlənməsi nəticəsində İnçə, Alxasava və Dövranlı kəndlərində əkin sahələrinin suvarılmasındakı çətinliklər aradan qaldırılıb.
Tədbirdə “Azəravtoyol” ASC-nin sədr müavini Hüsni Quliyev çıxış edərək selin fəsadlarının aradan qaldırılması və əhalinin sosial problemlərinin həlli münasibətilə sakinləri təbrik edib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti  İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər