Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

2016-cı ilin birinci yarısında Göyçay rayonunun sosial-iqtisadi inkişafında bir sıra uğurlar əldə olunub.

20 iyul 2016 | 16:00

2016-cı ilin birinci yarısında Göyçay rayonunun sosial-iqtisadi inkişafında bir sıra uğurlar əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 122,9 milyon manat təşkil edib. Hesabat dövründə sənaye müəssisələri və fiziki şəxslər tərəfindən 17,2 milyon manatlıq məhsul istehsal olunub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,5 milyon manat vəsait yönəlib. Tikinti quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 1,3 faiz artıb. Bu məlumatlar cari ilin ilk 6 ayı ərzində Göyçay rayonunun sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında verilib. Qeyd edilib ki, sözü gedən dövr ərzində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılıb. 13880 hektar taxıl sahəsində biçin aparılıb. 37067 ton məhsul toplanıb. Hər hektarda məhsuldarlıq 26,7 sentnerə çatıb. Mövsümün əvvəlində sahələrdə 18071 ton kartof, 12359 ton tərəvəz, 2090 ton meyvə toplanıb. Hazırda tədarük davam etdirilir. Rayon rəhbəri vurğulayıb ki, hesabat dövründə ölkə prezidentinin tapşırığına əsasən pambıqçılıq və baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün konkret tədbirlər görülüb. Göyçaylı kümdarlar götürdükləri 475 qram ipəkqurdundan 1139 kq barama tədarük ediblər. Hesabat dövründə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb. Yeni su mənbəyindən abonentlərə içməli su verilib. Hazırda rayonun  6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su qurğuları quraşdırılır. Cari ilin yanvar-iyun aylarında 4 kənd mavi yanacaqla təmin olunub. Daha 12 kəndin qazlaşdırılması davam etdirilir. Hesabat dövründə şəhərin 5 küçəsində, o cümlədən Göyçay şəhərinin yuxarı hissəsində Ərəbcəbirli kəndinə bitişik çoxsaylı şəhər və rayon əhalisinin istifadə etdiyi şəhər qəbirstanlığına gedən yola 3150 kv.m. yeni asfalt örtüyü vurulmuşdur. Rayonun Çərəkə və Qaraman kəndlərində Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evləri tikilib. 784 yeni iş yeri açılıb.
Hesabat yığıncağında çıxış edən digər natiqlər qarşıda duran vəzifələr barədə danışıblar.
Sonda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ölkə Prezidenti İlham Əliyev cənablarının çıxışından irəli gələn vəzifələr və onların həyata keçirilməsi yolları barədə hesabat yığıncağının iştirakçılarına ətraflı məlumat vermişdir.

Keçidlər