Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon icra hakimiyyəti başçısının Yeniarx kənd inzibati ərazi dairəsinə daxil olan Hacağabəyli kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

17 iyun 2016 | 16:00

17 iyun 2016-cı il tarixdə Hacağabəyli kənd sakinləri ilə keçirilən görüşdə kənd əhalisinin sosial problemlərinin öyrənilməsi və həll edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi İldırım oğlu Səlimzadə, RİH başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə dövlət başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi inkişaf, respublika əhalisini narahat edən sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər,  son vaxtlar  respublikamızda, həmçinin rayonda pambiqçılığın və baramaçılığın inkişaf etdirilməsinə göstərilən dəstəkdən danışmışdır. Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində kəndə təbii qaz verilməsi işlərinin sürətləndirilməsi, kənddəki ibtidai sinif otaqlarının təmir edilməsi, kəndarası suvarma arxlarının lil və çöküntülərdən təmizlənməsi, kəndarası yolların cari təmir olunması və digər məsələlər barədə təkliflərini bildirmişlər. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar  rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkə başçısı İlham Əlyevin cənablarının tapşırığı ilə mütəmadi keçirilən  səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların sosial problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd etmişdir.

Keçidlər