Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Göyçayda minlərlə gül kolu və ağac əkilib

10 may 2016 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Göyçay rayonunda silsilə tədbirlərlə qeyd edilib.
Rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında ulu öndər Heydər Əliyevə həsr olunan xatirə tədbirləri, elmi-praktiki konfranslar, rəsm və şeir müsabiqələri, idman yarışları təşkil olunub. “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" və "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzularında keçirilən konfranslarda dahi rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilib.
Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər. Sonra isə rayon ərazisində gül və ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Göyçay şəhərinin park və bağlarına, Şəhidlər xiyabanına, Bığır, Qaraməryəm, Qarabaqqal, Şəhadət, Ərəb kəndlərinin ərazisinə 3 min 500-dən çox gül kolu və ağac əkilib, prospekt və küçələrin kənarlarında təmizlik və abadlıq işləri aparılıb. Eyni zamanda, aksiya zamanı Göyçay-Ağdaş, Göyçay-Ucar, Göyçay-Qaraməryəm avtomobil yollarının kənarlarına həmişəyaşıl ağaclar əkilib. Aksiyalarda rayonun bütün əmək kollektivləri, həmçinin sakinlər fəallıq göstəriblər.

Keçidlər