10 dekabr 2020-ci il tarixdə Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir.
12 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad etmişdir.
10 dekabr 2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində Vətən müharibəsində şəhid olan hərbçilərimizin hər birinin adına bir ağac əkilib.
05 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bəziləri qismən sağlamlığını itirmiş beş nəfər İkinci Qarabağ müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
04 dekabr 2020-ci il tarixdə saat 12:00-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu istiqamətdə dezinfeksiya işləri də qrafikə uyğun olaraq mütəmadi sürətdə davam etdirilir.
27 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.
Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.
Noyabrın 27-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə idarə, təşkilat rəhbərlərinin, həmçinin icra nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçirildi.
Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
21 noyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə idarə, təşkilat rəhbərlərinin, həmçinin icra nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçirdi.
16 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.
Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
13 noyabr 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Göyçay rayonu ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclasını keçirdi.
Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür.
09 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda “Bayraq Günü” qeyd olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Müsahibə zamanı bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.
01 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli farmatda keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Müsahibəsində qeyd etmişdir ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev oktyabr ayının 24-də ransanın “Figaro” qəzetinə müsahibə vermişdir.
25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir.